MƏDƏNİYYƏT


Gəncədə Beynəlxalq Musiqi Festivalı keçirilib

AZƏRTAC xəbər verir ki, festival “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə tədbirlər planına əsasən həyata keçirilib. Festivalda Rusiya, Belarus və Tacikistandan olan musiqi və rəqs kollektivləri, yerli mahnı və rəqs ansamblları, həmçinin Bakı şəhərindən gələn incəsənət nümayəndələri çıxış ediblər.