CƏMİYYƏT


Ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq

Mayın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.