CƏMİYYƏT


Sabah paytaxtda 26° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18° isti, gündüz 22-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır