CƏMİYYƏT


Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.