DÜNYA


Kabildə partlayış anının görüntüləri yayılıb

Mayın 31-də Əfqanıstanın paytaxtı Kabil şəhərinin mərkəzində törədilən partlayış nəticəsində həyatını itirən insanların sayı 150 nəfəri keçib. Səhər saatlarında 1,5 ton partladıcı maddə yüklənmiş avtosistern paytaxtın diplomatik məhəlləsinin girişindəki nəzarət buraxılış məntəqəsinin qarşısında partladılıb. Partlayış dalğası 50-dən artıq avtomobili yararsız hala salıb, yaxınlıqdakı tikililər qismən və ya tamamilə dağılıb, bir sıra dövlətin diplomatik nümayəndələrinin binalarına zərər dəyib. Hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır