CƏMİYYƏT


Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır