CƏMİYYƏT


Sabah paytaxtda 32 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır