CƏMİYYƏT


Formula-1 Azərbaycan Qran-Prisində tamaşaçılara ilkin tibbi yardım belə göstəriləcək

Respublika Diaqnostika Mərkəzində Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçılara ilkin tibbi yardımın göstərilməsində könüllü olaraq çalışacaq Azərbaycan Tibb Universitetinin tələbələrinə “Tibbi yardım” mövzusunda nəzəri və praktiki təlim keçirilib. Təlimdə ilkin müayinə, ürək masajı, süni tənəffüs, sarğıların qoyulması, yanıqların ilkin müalicəsi kimi bır sıra mövzulardan danışılıb, həmçinin iştirakçılar ilkin tibbi yardımın göstərilməsinə dair praktiki məşğələlərə cəlb olunublar.