DÜNYA


Gözü telefonda olan qadın zirzəmiyə düşdü

ABŞ-ın Nyu Cersi ştatında küçədə telefonuna baxa-baxa gedən qadın qarşısında maneəni görməyib və başı aşağı zirzəmiyə yıxılıb. Onu xilasedicilərin köməyi ilə oradan çıxarmaq mümkün olub. 67 yaşlı qadının oğlu bildirib ki, anası şəkər xəstəliyindən əziyyət çəkir və gözləri pis görür. Əsl səbəb də telefona baxması yox, məhz xəstəliyidir.