SİYASƏT


Cocuq Mərcanlıda tikinti işləri yekunlaşıb REPORTAJ

Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən tikilən qəsəbədə 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Küçələrdə gecə işıqlandırma sistemi qurulub. Su, qaz, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Subartezian quyusu qazılıb. Qəsəbədaxili yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb.