CƏMİYYƏT


Sabah paytaxtda 28 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.