RƏSMİ


Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.