RƏSMİ


Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru respublikamızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır