CƏMİYYƏT


Bakıda MDB-nin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraçı Komitəsinin nümayəndələri iştirak edir. Görüşdə mövcud gömrük qanunvericiliyi və onun tətbiqi praktikasının təkmilləşdirilməsinə dair bir sıra aktual məsələlər müzakirə olunur.