CƏMİYYƏT


Sabah rayonlarda yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə Abşeronda 16-19, gündüz 23-28 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.