MÜSAHİBƏ


Mariya Anxela Olqin: Xan sarayının möhtəşəmliyinə, gözəlliyinə heyran qaldım

Elə bil cənnətə düşmüşəm. Ölkənizin çox gözəl təbiəti var. Dünəndən bəri Şəkini gəzirəm. Xan sarayının möhtəşəmliyinə, gözəlliyinə heyran qaldım. Çox cəlbedici və təkrarolunmaz abidədir. Sarayı əhatələyən uca dağlar, yamyaşıl təbiət, həyətdəki hündür ağaclar çox xoşuma gəldi. Bu gözəl diyara səfər etdiyimə görə özümü xoşbəxt sanıram. AZƏRTAC xəbər verir ki, bu sözləri Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəkidə jurnalistlərə müsahibəsində deyib.