RƏSMİ


Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır