SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir

Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisinin həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumatlara münasibət bildirib. AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.