RƏSMİ


Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub

İyunun 27-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır