RƏSMİ


Azərbaycan-Polşa sənədləri imzalanıb

İyunun 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev və Prezident Andjey Duda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.