SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin diletant çıxışı həyasızlıqdan başqa bir şey deyil

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə Azərbaycana ağır zərbə vurulacağı və Azərbaycan Ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərini acı istehza ilə qarşılayır, bildiririk ki, onun heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır