DÜNYA


Polis əli bıçaqlı adamı qucaqlayıb sakitləşdirdi

Tailandda qəribə hadisə baş verib. Bir nəfər polis bölməsinə girərək əlində bıçaqla hədə-qorxu gəlməyə başlayıb. Onun qarşısına çıxan bir polis isə silahdan istifadə etmədən həmin şəxsi dilə tutub və bıçağı əlindən alıb. Hələ bundan sonra o, həmin şəxsi qucaqlayıb sakitləşdirib. Bu şəxsə qarşı cinayət işi açılmayıb.