SİYASƏT


Avropada qaçqınlarla bağlı böhranın şiddətlənməsi səbəblərindən biri Avropa Şurasının vaxtında Azərbaycanın səsinə səs verməməsidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının üçüncü iş günü qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinə həsr edilib. “Qaçqınların kəskin böhranlar zamanı inteqrasiyası: mövcud vəziyyətin öyrənilməsi və yaxşı təcrübə nümunələri” adlı məruzənin müzakirəsinə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da qatılıb.