CƏMİYYƏT


Sərhədçilərimiz Xəzərdə batan iki balıqçını xilas ediblər

İyunun 29-da saat 13:30 radələrində Xidmətin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində iki nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakının Xəzər rayonunun Türkan qəsəbəsi sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.