CƏMİYYƏT


Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsi yenidən qurulur

Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri aparılır. Layihə çərçivəsində küçənin eni 4-5 metrdən yerlərdən asılı olaraq 9-12 metrə qədər genişləndirilib. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.