CƏMİYYƏT


XƏBƏRDARLIQ: Ölkə ərazisində havanın temperaturu 43 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Havanın temperaturu Abşeronda gecə 21-25, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.