DÜNYA


Hakim onu vuran futbolçuya qarşı tapança çıxardı

Braziliyada həvəskar futbol liqasında hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin bundan narazı olan futbolçu hakimi vurub. O isə çantasına tərəf gedərək oradan tapança və qandal çıxararaq meydana qayıdıb. Tapançanı görən futbolçu hasardan tullanaraq qaçıb. Polis olan hakim bildirib ki, o sadəcə qanun pozucusu kimi həmin futbolçunu həbs etmək istəyib.