CƏMİYYƏT


Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.