SİYASƏT


Cənubi Koreya telekanalında Azərbaycana həsr olunan veriliş yayımlanıb

Cənubi Koreyanın “Arirang” televiziya kanalının “Ürəkdən- ürəyə” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub. Verilişdə Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın tarixən öz mədəniyyəti, multikultural dəyərləri ilə dünya mədəni irsinə böyük töhfələr verdiyi vurğulanıb. Qədim İpək yolu üzərində yerləşən Azərbaycanın hazırda dünya turizm xəritəsində getdikcə daha çox qonaq cəlb edən bir ölkə olduğu, son illər bir çox dünya əhəmiyyətli tədbirlərin, idman yarışlarının, humanitar forumların keçirildiyi məkana çevrildiyi qeyd edilib.