SİYASƏT


Xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunda olublar

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri, hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndində səfərdədirlər. Səfər Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Səfər çərçivəsində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş Sahibə Allahverdiyeva (Quliyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduqları hadisə yerinə və əraziyə baxış keçiriləcək.