ELM VƏ TƏHSİL


AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub

İyulun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “Məzun günü” keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə əlamətdar hadisə münasibətilə məzunları təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, birinci qəbul ilində AMEA-nın magistraturasına 400-dək bakalavr müraciət edib və yekunda onlardan 19-u doqquz ixtisas üzrə yüksək balla qəbul olunub. A.Əlizadə məzunlardan 15-nin magistraturanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.