İDMAN


Nigar Arpadarai: Formula-1 Azərbaycan Qran-Prisi gözlədiyimizdən də uğurlu oldu

Biz ötən ay Bakıda təşkil olunan ikinci Formula-1 yarışına yekun vurduq. Yarış gözlədiyimizdən də uğurlu oldu. Nəticələr çox möhtəşəmdir. Həm bilet satışı, həm də gələn qonaqların marağı baxımından nəticələr çox yüksəkdir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.