CƏMİYYƏT


Sabah ölkə ərazisində hava yağmurlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.