DÜNYA


Rostov-Bakı yolundakı qəzanı bir gündə milyonlarla insan izlədi

AZƏRTAC Daily Mail-ə istinadən bildirir ki, qəza Rostov-Bakı yolunda baş verib. "Lada" və "Volqa" avtomobillərinin toqquşması nəticəsində "Volqa" alışıb. Əvvəlcə yaşlı bir kişi avtomobildəki insanları xilas etmək üçün "Volqa"nın şüşəsini vurub sındırır və sürücünü dartıb çıxarır. Yoldan ötən avtomobillərin sürücüləri də özlərini çatdıraraq "Volqa"dakı adamları ölümdən qurtarıblar.