DÜNYA


"Forsaj" filminin saundtreki YouTube-da rekordu təzələdi

"Forsaj-7" filiminin saundtreki olan "See you again" mahnısı və klipi YouTube-da rekordu təzələyib. Uiz Xalif və Çarli Putun mahnısı 2015-ci il aprelin 5-dən indiyədək 2 milyard 903 milyon 297 min 124 dəfə baxılıb. Bu göstərici artmaqda davam edir. Bundan əvvəlki rekord isə "Gangnam Style" mahnısına məxsus idi. Hazırda bu klipə baxış sayı 2 milyard 896 milyon 364 minə yaxındır. Bu mahnı 4 il əvvəl YouTube portalına yüklənib.