CƏMİYYƏT


AZƏRTAC hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran xəbər agentliyi mükafatı ilə təltif edilib

İyulun 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran xəbər agentliyi” nominasiyasında qalib elan olunub, diplom və xüsusi mükafatla təltif edilib.