SİYASƏT


Milli Məclisin bir qrup deputatı Alxanlı kəndində olub

Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və bir qrup deputat iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçiriblər.