CƏMİYYƏT


“Qan ver, həyat xilas et” adlı növbəti qanvermə aksiyası keçirilir

İyulun 15-də Azərbaycan Talassemiya Federasiyasının və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə “Park Bulvar” Ticarət Mərkəzində “Qan ver, həyat xilas et” adlı növbəti könüllü və təmənnasız qanvermə aksiyası keçirilir. Qanvermə aksiyaları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına əsasən, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.