MƏDƏNİYYƏT


Xaçmazda II Beynəlxalq dolma festivalı keçirilib

İyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirakçı qatılıb. Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 350 növdə dolma sərgilənib.