DÜNYA


Ankarada Şəhidlər abidəsi ucaldılıb

Türkiyədə 2016-cı il 15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar tədbirlər davam edir. Bir il əvvəl dövlətçiliyinin xilası naminə canlarından keçən qəhrəman insanların adını əbədiləşdirmək məqsədilə Ankaranın Beştəpə bölgəsində ucaldılan Şəhidlər abidəsinin açılışı olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan abidənin açılışında iştirak edib. Xatırladaq ki, dünəndən etibarən Türkiyədə yüz minlərlə sakininin qatıldığı izdihamı mitinq və yürüşlər başlayıb. Ölkənin hər yerində 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər keçirilir.