SİYASƏT


XİN: Türkiyə və Yunanıstandakı zəlzələlərdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələlərdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb. Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.