CƏMİYYƏT


Bakıda yaşayış binası yanır

Bakıda yaşayış binasında yanğın başlayıb. Hadisə Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binalardan birində qeydə alınıb. Yanğın binanın dam örtüyündən başlayıb. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 8 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğın davam edir.
Video: Aysel Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır