SİYASƏT


Bakıda keçiriləcək “Dəniz kuboku-2017”də 300-ə yaxın şəxsi heyət iştirak edəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi təşkil olunacaq. Müsabiqə üç mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçiriləcək. Müsabiqənin məqsədi iştirakçı ölkələrin Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır