SİYASƏT


Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıblar

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini intensiv şəkildə pozması və təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və sistematik şəkildə hədəfə alınır...