İDMAN


Bu gün “Qəbələ” klubu Avroliqada Yunanıstanın “Panatinaikos” komandası ilə ilk oyuna çıxacaq

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşacaq. Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xuan Martines Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopez yerinə yetirəcək.