CƏMİYYƏT


Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğında ölən və xəsarət alan yoxdur

Fövqəladə Hallar Nazirliyi Yevlax Şəhər Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb. Hadisə nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.