MƏDƏNİYYƏT


Bugün “Jara-2017”nin ikinci günüdür

İyulun 28-də “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti olacaq. Festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunacaq. Görkəmli müğənni festivalda ən yaxşı mahnılarını səsləndirəcək. Həmçinin Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyukoza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə qala-konsert təqdim ediləcək.