CƏMİYYƏT


Sabah Bakıda 38 dərəcə isti olacaq

İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° dərəcə isti olacağı gözlənilir.