RƏSMİ


Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Amadou Diko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.