SİYASƏT


Bakıda “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

Avqustun 1-də Dənizkənarı Milli Parkda “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə gətirilib.